Tramp BRİKS-i dəstəkləyən ölkələri hədələyib | VİDEO

   Tramp BRİKS-i dəstəkləyən ölkələri hədələyib    | VİDEO
  07 İyul 2025    Oxunub:1453
ABŞ prezidenti Donald Tramp BRİKS-i dəstəkləyən ölkələrə qarşı əlavə 10 faizlik gömrük rüsumları tətbiq edəcəyini bildirib.
AzVision.az xəbər verir ki, Amerika lideri özünün “Truth Social” social şəbəkəsində belə paylaşım edib.

“BRİKS-in ABŞ əleyhinə siyasətini dəstəkləyən hər bir ölkə əlavə 10% tariflərə məruz qalacaq. İstisnalar olmayacaq”, - ABŞ prezidenti yazıb.

İyulun 6-7-də Braziliyanın sədrliyi ilə Rio-de-Janeyroda BRİKS sammiti keçirilir. İştirakçı dövlətlər Rusiya-Ukrayna müharibəsi, İran-İsrail və Fələstin-İsrail münaqişələri ilə bağlı bəyanatlar verib, beynəlxalq təşkilatları islahatlara çağırıb və kosmik silahlanma yarışına qarşı çıxış ediblər.

Xatırladaq ki, bu ilin yanvar ayında Donald Tramp BRİKS ölkələrini dollara alternativ valyuta yaratmağa çalışacaqları təqdirdə 100 faizlik tariflərlə hədələmişdi.

- BRİKS-in beynəlxalq ticarətdə və ya başqa yerdə dolları əvəz etmək şansı yoxdur”, - Ağ Ev rəhbəri vurğulamışdı.

Trampın bəyanatına cavab olaraq Kreml BRİKS ölkələrinin yeni valyutanın yaradılmasını müzakirə etmədiklərini açıqlamışdı.

Hazırda BRİKS öz sıralarında 10 ölkəni birləşdirir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (CAR), Misir, İndoneziya, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Efiopiya.


Sahil İsgəndərov
AzVision.az



Teqlər: Tramp   BRİKS  



Xəbər lenti